"Minsk 2019" II Avropa Oyunlarının Əməliyyat Komitəsindəki azərbaycanlı mütəxəssislərin sayı artıb

"Minsk 2019" II Avropa Oyunlarının Əməliyyat Komitəsindəki azərbaycanlı mütəxəssislərin sayı artıb Atletlər Kəndinin yeni rəhbəri də Azərbaycandan olacaq
Avropa Oyunları
5 Fevral , 2018 12:53
Minsk 2019 II Avropa Oyunlarının Əməliyyat Komitəsindəki azərbaycanlı mütəxəssislərin sayı artıb

Bakı. 5 fevral. REPORT.AZ/ "Minsk 2019" II Avropa Oyunlarının Əməliyyat Komitəsindəki (MEGOC) azərbaycanlı mütəxəssislərin sayı artıb.

Bu barədə "Report"a MEGOC-un Əməliyyatlar üzrə məsləhətçisi Samir Məmmədov məlumat verib. 

O, 2017-ci ilin sentyabrından rəhbərlik etdiyi Atletlər Kəndinin direktoru vəzifəsini ötən ay tərk edərək, yeni posta təyinat aldığını bildirib. Samir Məmmədov Atletlər Kəndinin yeni rəhbərinin də Azərbaycandan olacağını bildirib: "Fevralın 19-dan Atletlər Kəndinə Andrey Polovinkin rəhbərlik edəcək. Polovinkin Bakıdan gələcək. Mən isə yanvardan etibarən bütün departamentlər üzrə məsləhətçi funksiyalarını yerinə yetirməyə başlamışam. Bütün işlərin planlaşdırılması və müvafiq tapşırıqların verilməsi mənim üzərimə düşür".

S.Məmmədov yanvarın 8-dən ona köməkçilər kimi təyin olunmuş daha 2 azərbaycanlı mütəxəssisin martın 1-dən yeni vəzifələrdə fəaliyyətə başlayacaqlarını da əlavə edib: "Arzu Sultanlı obyektlərin idarə edilməsi, Tural İsgəndərov isə müvəqqəti tikintilər üzrə rəhbər kimi çalışacaq".

MEGOC rəsmisi azərbaycanlı mütəxəssislərin sayının gələcəkdə daha da artacağını vurğulayıb.

Qeyd edək ki, Samir Məmmədov "Bakı 2015" I Avropa Oyunlarında və "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında baş tikinti rəhbəri vəzifəsində çalışıb. 

Son xəbərlər

Orphus sistemi