Yuxarı

"Mançester Siti" "Real Madrid"lə qolsuz heç-heçə etdi

Matç qolsuz bərabərliklə nəticələnib

Bakı. 27 aprel. REPORT.AZ/ Bu gün futbol üzrə Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunu keçirilib. Report.az-ın məlumatına görə, qarşılaşma İngiltərədə baş tutub.

"Mançester Siti" İspaniyanın "Real Madrid" klubunu qəbul edib. Türkiyəli referi Cüneyt Çakır idarə etdiyi matç qolsuz bərabərliklə nəticələnib. "Real Madrid"in portuqlaiyalı bombardiri Kriştianu Ronaldu səhhətindəki problem üzündən oyunu tribunadan izləməli olub.

Bu nəticə daha çox ispanların işinə yarayıb. Belə ki, onlar öz meydanında istənilən hesablı qələbə sayəsində finala çıxa biləcəklər. "Mançester Siti" isə çətin Madrid səfərində daha çox qollu heç-heçəyə ümid etməlidir.

Cavab görüşü mayın 4-də Madriddə keçiriləcək.

Çempionlar Liqası, yarımfinal mərhələsi, ilk oyun

"Mançester Siti" (İngiltərə) - "Real Madrid" (İspaniya) - 0:0

Baş hakim: Cüneyt Çakır

Mançester. "Etihad" stadionu

Qeyd edək ki, ikinci finalçı "Atletiko Madrid" (İspaniya) və "Bavariya" (Almaniya) cütünün qalibi olacaq. Komandaların ilk görüşü aprelin 27-si Madriddə, cavab oyunu mayın 23-ü Münhendə keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi