Krakov. 20 may. Bakı. REPORT.AZ/ "Avropa oyunları ölkənin nailiyyətlərini dünyaya göstərmək üçün böyük imkandır, o cümlədən idman sahəsində".
Polşaya ezam olunmuş "Report"un müxbiri bildirir ki, bu barədə azərbaycanlı jurnalistlərlə görüşdə Krakov merinin idman məsələləri üzrə müşaviri Yanuş Kozel (Janusz Koziol) iyunun 12-28-də Bakıda keçiriləcək I Avropa oyunlarını şərh edərkən bildirib.
Onun sözlərinə görə, oyunlar insanları və ölkələri yaxınlaşdırır.
Y.Kozel Avropa oyunlarına gələ bilməcəyinə görə təəssüfləndiyini bildirib, lakin qeyd edib ki, Polşa bəzi idman növlərində medallar qazana bilər: "Biz hər medala sevinməliyik. Polşanın digərlərindən güclü olduğu idman növləri var. Biz atletika, avarçəkmə, qılıncoynatma, otüstü xokkeydə güclüyük".