Karatenin kata növündəki Azərbaycan təmsilçiləri "Bakı 2015"ə məğlubiyyətlə başlayıb

Karatenin kata növündəki Azərbaycan təmsilçiləri "Bakı 2015"ə məğlubiyyətlə başlayıb Bu gün daha 6 dəst medal sahibini tapacaq
Avropa Oyunları
14 İyun , 2015 10:47
Karatenin kata növündəki Azərbaycan təmsilçiləri Bakı 2015ə məğlubiyyətlə başlayıb

Bakı. 14 iyun. REPORT.AZ/ Bu gün "Bakı 2015" I Avropa Oyunlarında karate üzrə daha 6 dəst medalın sahibi müəyyənləşəcək. "Report"un məlumatına görə, bunlardan 3 dəst medalı qadın, qalanları kişi idmançıların payına düşəcək.

Əvvəlcə kişilər arasında kata yarışında Tural Balcanlı öz qrupundakı ilk cəhdində türkiyəli Mehmet Yakanla mübarizəyə start verib. Görüş Yakanın 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. Balcanlı növbəti görüşündə fransalı Minh Daka rəqib olub. Azərbaycan karateçisinin kata yarışında sonuncu rəqibi isə rumıniyalı Adrian Qutadır. Bu görüş isə saat 10:48-də başlayacaq.

Qadınlar arasında kata yarışında isə Azərbaycanı Adilə Qurbanova təmsil edir. O, ilk görüşündə almaniyalı Jasmin Bleulə 0:5 hesabı ilə uduzub. Qurbanova növbəti görüşlərində türkiyəli Dilara Bozan və xorvatiyalı Vlatka Kyukla yarışacaq.

Kumite döyüşlərinə gəldikdə, 84 kq çəkidə mübarizə aparacaq Ayxan Mamayevin qrup mərhələsindəki rəqibləri yunanıstanlı Mixail Georgios Tzanos, ukraynalı Yaroslav Horuna və fransalı Kenyi Qrillon olacaq. Görüşlər müvafiq olaraq saat 12:24, 12:48 və 13:18-də başlayacaq.

Digər karateçi Şahin Atamov əvvəlcə saat 12:36-da Türkiyə idmançısı Eres Erkanla döyüşəcək. Saat 13:06-da o, makedoniyalı Martin Nevtorovski ilə üz-üzə gələcək. Azərbaycan karateçisinin seçmə mərhələdə sonuncu rəqibi yunanıstanlı Spiridon Marqaritopoulos olacaq.

68 kq çəkidə mübarizə aparan İrina Zaretska saat 11:18-də İspaniya təmsilçisi Kristina Vizcayno ilə münasibətlərinə aydınlıq gətirəcək. Saat 11:36-da Zaretskanın rəqibi avstriyalı Alisa Teresa Buçinger olacaq. Azərbaycanın qadın karateçisi qrupda sonuncu görüşünü saat 12:00-da yunanıstanlı Vasiliki Panetsidouya qarşı keçirəcək.

68 kq çəkidə isə Aytən Səmədli xorvatiyalı Masa Martinoviç, fransalı Nadeqe Ait İbrahim və isveçli Hana Antunoviçlə döşək üzərinə çıxacaq. Görüşlər müvafiq olaraq 11:24, 11:54 və 12:12-də başlayacaq.

Qeyd edək ki, Azərbaycan karateçiləri iyunun 13-də kumite növündə 2 qızıl və 2 bürünc medal qazanıb.

Son xəbərlər

Orphus sistemi