Yuxarı

I Avropa Oyunlarının məşəli Oğuz rayonuna aparılıb - FOTO

Çıraq I Avropa Oyunları bitənədək saxlanılması üçün Heydər Əliyev Mərkəzinə təhvil verilib

Bakı. 25 may. REPORT.AZ/ I Avropa Oyunlarının məşəli bu gün Oğuz rayonuna aparılıb. "Report"un məlumatına görə, mərasimi izləmək üçün minlərlə sakin küçələrə axışıb.

"Bakı-2015"n məşəli Oğuz şəhərinin Heydər Əliyev prospektindən start götürüb.

Məşəl prospekt boyu ümumilikdə 2 200 metr məsafə qət etməklə Oğuz Olimpiya İdman Kompleksində quraşdırılmış səhnəyə gətirilib.

Məşəl estafetini daşımaq üçün rayonun 10 fəal gənci seçilib. Estafeti fiziki hazırlıq müəllimi Rəfiqə Babayeva qəbul edərək digər məşəlçilərə ötürüb. Sonda sambo üzrə veteran idmançı Araz Umarov tərəfindən səhnəyə qaldırılan məşəl vasitəsilə ilk Avropa Oyunlarının çırağı alovlandırılıb.

Yandırılan çıraq I Avropa Oyunları bitənədək saxlanılması üçün Heydər Əliyev Mərkəzinə təhvil verilib.

Məşəl estafeti Şimal-Qərb bölgəsinə olan səfərini bu axşam Şəki rayonunda Alov Festivalı ilə başa çatdıracaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi