Yuxarı
    Bağlamaq

    İtaliya mətbuatı: Bakı Cənubi Qafqazın kosmopolit mərkəzidir

    Müəllif qeyd edir ki, Bakı gözoxşayan göydələnləri, parlaq, təmiz küçələri və tarixi abidələri ilə tanınır

    Bakı. 7 İyun. REPORT.AZ/ İtaliyanın “L’Huffington post” onlayn qəzetində “İlk Avropa Oyunlarının məkanı, gümüş şəhəri - Bakını kəşf etmək” sərlövhəli məqalə dərc olunub.

    "Report"un AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, yazıda Bakının möhtəşəmliyindən və getdikcə müasir şəhərə çevrilməsindən bəhs olunur.

    Müəllif qeyd edir ki, Cənubi Qafqazın kosmopolit mərkəzi hesab olunan Bakı gözoxşayan göydələnləri, parlaq, təmiz küçələri və tarixi abidələri ilə tanınır. Bu şəhər iyunun 12-dən 28-dək ilk Avropa Oyunlarına ev sahibliyi edəcək. Belə ki, idman həvəskarları və yeni turizm məkanlarını kəşf etmək istəyənlər üçün Bakı ideal seçimdir.

    Yazıda vurğulanır ki, UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş İçərişəhər tarixin seyrinə dalmaq istəyənlər üçün əvəzolunmaz məkandır. “Alov qüllələri” kompleksinın şəhərə parlaqlıq qatan işıqları Bakı gecələrini daha da cazibədar edir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi