İrina Zaretska: "Demişdim ki, çempion olsam, fəxri kürsüdə Azərbaycanın himnini oxuyacağam"

İrina Zaretska: "Demişdim ki, çempion olsam, fəxri kürsüdə Azərbaycanın himnini oxuyacağam" İrina Zaretska qızıl medal uğrunda döyüşdə avstriyalı Alisa Teresa Buçingeri 8:1 hesabı ilə məğlub edib
Avropa Oyunları
14 İyun , 2015 19:10
İrina Zaretska: Demişdim ki, çempion olsam, fəxri kürsüdə Azərbaycanın himnini oxuyacağam

Bakı. 14 iyun. REPORT.AZ/ "Özüm-özümə deyirdim ki, nə vaxtsa çempion olsam, fəxri kürsüdə Azərbaycanın himnini oxuyacağam. Bu gün də o himni oxumaqdan fəxr hissi duydum". "Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Bakı 2015" I Avropa Oyunlarında karatenin kumite növü üzrə yarışda qızıl medal qazanmış İrina Zaretska deyib.

68 kq çəkidə mübarizə aparan karateçi qadın rəqiblərindən ən güclüsünün avstriyalı Alisa Teresa Buçinger olduğunu bildirib: "Buçinger bu il Avropa çempionu olmuşdu. Bundan əvvəlki yarışlarda həmin idmançıya məğlub olmuşdum. Biləndə ki, eyni rəqiblə yenidən qarşılaşacağam, onu yenmək üçün öz üzərimdə işləməyə başladım. Anladım ki, bundan əvvəlki yarışlarda səhvlərim nədədir. Özümü irəlidə olan kimi aparmalı idim ki, yaxşı nəticə əldə edim və heç vaxt ikinci olmayım. Məşqçimin dediyi kimi, "Oyundasansa, özünü göstərməyi bacarmalısan. Finalda isə bütün itirilən xallarımı qaytardım".

Qeyd edək ki, İrina Zaretska qızıl medal uğrunda döyüşdə avstriyalı Alisa Teresa Buçingeri 8:1 hesabı ilə məğlub edib.

Son xəbərlər

Orphus sistemi