​I Avropa Oyunlarının məşəli Zaqatalaya gətirilib

​I Avropa Oyunlarının məşəli Zaqatalaya gətirilib Məşəlin alovlanma mərasimi coşqu ilə qarşılanıb
Avropa Oyunları
23 May , 2015 20:00
​I Avropa Oyunlarının məşəli Zaqatalaya gətirilib

Bakı. 23 may. REPORT.AZ/ “Bakı-2015” I Avropa Oyunlarının məşəli bu gün Balakəndən sonra Zaqatalaya aparılıb.

“Report” xəbər verir ki, mərasimi izləmək üçün minlərlə sakin küçələrə düzülüb.

Avropa məşəli Bayraq meydanından start götürüb. Daha sonra Heydər Əliyev prospekti, Dədə Qorqud küçəsi, 28 May, Üzeyir Hacıbəyov və Sülh küçələri ilə hərəkət etməklə, ümumilikdə 2 min 650 metr məsafə qət edərək Zaqatala Qalası ərazisinə gətirilib.

Məşəl estafetini daşımaq üçün rayonun 11 fəal gənci seçilib. Məşəl estafetini karate idman növü üzrə Avropa və beynəlxalq yarışların mükafatçısı Təbriz Balaxanov qəbul edərək, digər məşəlçilərə ötürüb. Cüdo idman növü üzrə dəfələrlə Azərbaycan çempionu olan Ariz Məmmədov tərəfindən alovlandırılan çıraq I Avropa Oyunları bitənədək saxlanılması üçün Heydər Əliyev muzeyinə təhvil verilib. Minlərlə sakin tərəfindən canlı olaraq izlənilən məşəl estafeti tədbiri rayon incəsənət ustalarının ifasında konsert proqramı ilə gecə saatlarına qədər davam edəcək.

Məşəl estafeti sabah Şimal-Qərb bölgəsində olan səfərini Qax rayonunda davam etdirəcək.

Son xəbərlər

Orphus sistemi