Yuxarı

I Avropa Oyunlarının bağlanış mərasimi Türkiyə mətbuatında və "Al-Jazeera"da geniş işıqlandırılıb

Yazılarda Bakıdakı bağlanış mərasiminin möhtəşəm keçdiyi qeyd olunub

Bakı. 29 iyun. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunları"nın bağlanış mərasimi Türkiyənin aparıcı KİV-lərində və "Al-Jazeera" televiziyasında geniş işıqlandırılıb. 

"Report" xəbər verir ki, "Anadolu" agentliyi "I Avropa Oyunlarının təmtəraqlı bağlanışı" başlığı ilə məlumat yazı yayıb.

Yazıda bildirilib ki, tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev və xanımı, "Bakı2015" I Avropa Oyunları" Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və Avropa Olimpiya Komitələrinin prezidenti Patrik Hikki iştirak edib. M.Əliyeva və P.Hikki mərasimdə çıxış ediblər. 

Məqalədə Oyunların bağlanışına həsr edilən tamaşanın "Transformasiya" bölümündən, Azərbyacan milli mədəniyyətinin dünya mədəniyyəti ilə harmoniya təşkil etməsindən bəhs olunub. 

"Hürriyet" qəzeti mərasimə "Bakıda baxımlı bağlanış" başlığı altında yazı həsr edib. Məqalədə Oyunların 17 gün davam etdiyi və iştirakçılar haqda geniş məlumat verilib. 

"sözcu.com" saytı "Bakıda möhtəşəm bağlanış" başlığı ilə yaydığı yazını Oyunların bağlanış tədbirindən fotolarla təqdim edib.

"Haberler.com" xəbər saytının Oyunlara həsr etdiyi yazının başlığı belədir: "Bakı 2015" bağlanış tədbiri ilə sona çatdı". Yazıda yarış haqda geniş məlumat verilib, tədbirin rəngarəngliyi ətraflı təsvir edilib.

"Sabah" qəzeti Oyunlara həsr etdiyi yazını "Bakıda təntənəli bağlanış" adlandırıb. Yazıda yarışlarda iştirak edən dövlətlərin sayı və ən çox medal qazanan milli komandalar haqda məlumat verilib.

"İhlas" agentliyi "Bakıda təntənəli bağlanış" başlığı ilə tədbirdən fotolar yayıb.

"Al- Jazeera" "Bakı 2015" I Avropa Oyunlarına həsr etdiyi materialı "Bakıda təmtəraqlı bağlanış" başlığı ilə yayıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi