Yuxarı

"Bakı 2015"də medal qazanan Azərbaycan triatlonçusunu Monako Knyazı II Albert mükafatlandırıb

I Avropa Oyunlarında triatlonçuları mükafatları Şahzadə II Albert təqdim edib

Bakı. 14 iyun. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunlarında medal qazanan kişi triatlonçuların mükafatlandırma mərasimi keçirilib. "Report"un məlumatına görə, mükafatları Monako Knyazı II Albert və Beynəlxalq Olimpiya Komitəsinin üzvü Marisol Kasado təqdim edib.

Onlar müvafiq olaraq ilk 3 yeri tutmuş böyük britaniyalı Qordon Benson, portuqaliyalı Joao Silva və azərbaycanlı Rostislav Pevtsova medal və xatirə hədiyyələri təqdim ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi