Yuxarı

​I Avropa Oyunlarında oxatma yarışlarında iştirak edəcək ölkələr məlum olub

Azərbaycan oxatma yarışlarında 3 kvota yarışlarına malikdir

Bakı. 30 mart. REPORT.AZ/ Yunanıstanın Marafon şəhərində təşkil olunan Avropa Qran-prisi zamanı Belarus, Fransa, Almaniya, İtaliya, Hollandiya, Polşa, Rusiya, İspaniya, Türkiyə və Ukrayna kamandan oxatma üzrə həm kişi, həm də qadın idmançılar arasında keçiriləcək turnirlərin hər biri üçün üç kvota yeri əldə ediblər.

"Report"un məlumatına görə, bu turnir Avropa Oyunları üçün son təsnifat yarışı olub. Adıçəkilən ölkələrdən əlavə Sloveniya, Norveç, Danimarka, Gürcüstan, Böyük Britaniya, Yunanıstan və İsveçrə də Oyunlarda 3 idmançı ilə təmsil olunacaq.

Digər ölkələr isə "Bakı 2015"də iştirak üçün bir kvota yeri qazanıb ki, onların arasında Ermənistan idmançısı da olacaq: Ermənistan, Avstriya, Belçika, Bolqarıstan, Xorvatiya, Kipr, Danimarka, Estoniya, Finlandiya, Gürcüstan, Böyük Britaniya, Yunanıstan, İrlandiya, İsrail, Latviya, Lüksemburq, Moldova, Rumıniya, San Marino, Slovakiya, İsveç, İsveçrə, İslandiya (universallıq prinsipinə əsasən verilən yer), Kosovo (universallıq prinsipinə əsasən verilən yer) və Serbiya (universallıq prinsipinə əsasən verilən yer).

16 ölkə isə kamandan oxatma üzrə yarışlara bir kvota yeri qazanıb: Ermənistan, Avstriya, Bolqarıstan, Kipr, Estoniya, Finlandiya, İrlandiya, Kosovo, Latviya, Moldova, Norveç, Rumıniya, Sloveniya, Slovakiya, İsveç və Litva (universallıq prinsipinə əsasən verilən yer).

Qadınlar arasında rekursiv kaman kateqoriyası üzrə keçirilmiş fərdi yarışlarda ilk üç yerə İtaliyalı oyunçular başçılıq ediblər. Həmin yarışlarda Klaudia Mandina birinci, Sara Violi ikinci, Qvendalina Sartori isə üçüncü yeri tutub.

Kişilər arasında rekursiv kaman kateqoriyası üzrə keçirilmiş yarışlarda isə qızıl medalı ikiqat Olimpiya çempionu Ukraynalı Markiyan İvaşko qazanıb. İtaliyalı David Paskualikki gümüş medalın, İtaliyalı Marko Morello isə bürünc medalın sahibi olub.

Kişilər arasında rekursiv kaman kateqoriyası üzrə komanda yarışlarında Belarus fəxri kürsünün ən yüksək pilləsinə layiq görülüb. Sözügedən yarışda Hollandiya komandası gümüş, Ukrayna isə bürünc medala yiyələnib.

Qadınlar arasında rekursiv kaman kateqoriyası üzrə komanda yarışlarının qalib adını Gürcüstan qazanıb. Yunanıstan və İtaliya isə müvafiq olaraq ikinci və üçüncü yerlərdə qərarlaşdı.

Rekursiv kaman kateqoriyası üzrə qarışıq komanda yarışlarında Ukrayna qızıl, Böyük Britaniya gümüş, Gürcüstan isə bürünc medal qazanıb.

Qeyd edək ki, Azərbaycan "Bakı 2015" I Avropa Oyunlarına ev sahibliyi edəcəyindən kişi və qadınlar arasında keçiriləcək yarışların hər biri üçün 3 kvota yerinə malikdir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi