Bakı. 3 iyun. REPORT.AZ/ "
Kanoeçilərin mübarizəsində əsas diqqətlər 4 qat dünya və 4 qat Avropa çempionu Valentin Demyanenkoya yönələcək. Demyanenko 1 nəfərlik qayıqla (C-1) 200 metr məsafəyə yürüşlərə qatılacaq. Taras Matviyçuk isə 1 nəfərlik qayıqla (K-1) 1000 metr məsafəyə yürüş edəcək. Aleksey Kupin və Avropa çempionu Sergey Bezuqlıydan ibarət duet 2 nəfərlik qayıqla (C-2) də 1000 metr məsafəni qət edəcək.
Kayakçılara gəldikdə, 1 nəfərlik qayıqla (K-1) Mirnazim Cavadov 200 metr, Tamerlan Mustafayev 1000 metr məsafəyə yürüşlərə qatılacaq. Qadınların mübarizəsində isə Olimpiya çempionu İnna Osipenko-Radomskavaya 1 nəfərlik qayıqla (K-1) 200 metr və 500 metr məsafələrə yürüş edəcək.
Qeyd edək ki, "Bakı 2015" I Avropa Oyunlarında kayak və kanoe yarışları iyunun 14-16-da Mingəçevir şəhərindəki "Kür" Olimpiya və Avarçəkmə Mərkəzində keçiriləcək.