Bakı. 13 may. REPORT.AZ/ Artıq "
S.Kleqq Avropa Oyunlarını qısa zamanda baş tutan çox heyrətamiz hadisə adlandırıb. Olimpiya Oyunlarına ev sahibliyi edən əksər ölkələrin hazırlıqlarına 7 ilin tələb olunduğunu deyən baş direktor Bakıda bu möhətəşəm və yeni idman hadisəsini beynəlxalq aləmə çatdırmaq üçün sadəcə 30 ayın kifayət etdiyini xatırladıb.
"Bir ay ərzində, nəinki qitəmizə yaraşan Açılış mərasimini, hətta Avropada idman üçün miras qoyacaq bir hadisənin başlanğıcını qeyd edəcəyik" deyən baş direktor bildirib ki, yüksək səviyyəli yarışın unudulmaz yayı üçün hər şey hazırdır. Saymon Kleqq bütün qitənin qürur hissi duyacağı böyük şounun həyata keçiriləcəyindən əminliyini ifadə edib.
Qeyd edək ki, 12 - 28 iyunda keçiriləcək "Bakı 2015" I Avropa Oyunlarında 20 idman növü üzrə 6000-dən çox idmançı mübarizə aparacaq.