Bakı. 2 iyun. REPORT.AZ/ “I Avropa Oyunlarının Məşəli Azərbaycanın ayrı-ayrı bölgələrində və paytaxtda daşınır. Onu Azərbaycanın tanınmış şəxsləri ilə yanaşı, veteran idmançılar da daşıyacaq. Onlardan biri də mənəm”. “Report”un məlumatına görə, bunu yunan-Roma güləşi üzrə olimpiya çempionu Fərid Mansurov deyib.
Veteran idmançı bildirib ki, məşəli iyunun 12-də keçiriləcək açılış mərasimi zamanı Bakı Olimpiya Stadionuna kimin gətirəcəyi tam məxfidir.
F.Mansurov “
2004-cü il Afina Yay Olimpiya Oyunlarının qalibi olan F.Mansurov I Avropa Oyunlarında özü və digər veteran olimpiya çempionlarının iştirak edə bilməməsi ilə bağlı da danışıb: “Bilirdik ki, nə vaxtsa Azərbaycanda belə mötəbər yarış keçiriləcək. Amma bu qərar dövlət tərəfindən verilir. İdmançı həmkarlarımızdan Namiq Abdullayev, Elnur Məmmədli də düşünür ki, bu Oyunlar bizim dövrümüzə təsadüf etsəydi, yaxşı olardı. Biz də Avropa Oyunlarının iştirakçısı olardıq. Amma buna baxmayaraq, Oyunları paytaxtımızın qəbul etməsi çox böyük uğurdur. Veteran idmançılar kimi özümüzü ruhən xalça üzərində hiss edirik. Bütün idmançılarımıza uğurlar arzulayırıq”.