Elman Muxtarov: "Çox sevinirəm ki, düşmənimizi məğlub etdim"

Elman Muxtarov: "Çox sevinirəm ki, düşmənimizi məğlub etdim" O, yarımfinalda məğlubiyyətini isə norveçli Stiq Andre Berqlə 1/4 final qarşılaşmasında çox yorulması ilə əlaqələndirib
Avropa Oyunları
13 İyun , 2015 20:06
Elman Muxtarov: Çox sevinirəm ki, düşmənimizi məğlub etdim

Bakı. 13 iyun. REPORT.AZ/ "Çox sevinirəm ki, düşmənimizi məğlub etdim". "Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Bakı 2015" I Avropa Oyunlarlarında Ermənistan təmsilçisi Roman Amoyanıməğlub edərək bürünc medal qazanan Azərbaycan yunan-Roma güləşçisi Elman Muxtarov deyib.

59 kq çəki dərəcəsində çıxış edən güləşçi bildirib ki, heç vaxt Amoyana uduzacağını ağlına gətirməyib. Baxmayaraq ki, rəqibi son olimpiadaların qalibi olub. Muxtarov Amoyanı dəfələrlə məğlub etmiş Azərbaycanın digər yunan-Roma güləşçisi Rövşən Bayramovun da tövsiyələrindən yararlandığını açıqlayıb.

O, yarımfinalda məğlubiyyətini isə norveçli Stiq Andre Berqlə 1/4 final qarşılaşmasında çox yorulması ilə əlaqələndirib.

Son xəbərlər

Orphus sistemi