Yuxarı

​Bu gün Azərbaycanın 4 boksçusu "Bakı 2015"də final görüşünə çıxacaq

Günün son qarşılaşması Abdulqadir Abdullayevlə Gevorq Manukyan arasında keçiriləcək

Bakı. 27 iyun. REPORT.AZ/ Bu gün "Bakı 2015" I Avropa Oyunlarında boks yarışlarına yekun vurulacaq. "Report"un məlumatına görə, son yarış günündə kişilər arasında 5 dəst medal sahiblərini tapacaq.

Azərbaycan boksçuları 4 qızıl medal uğrunda mübarizə aparacaq. 60 kq çəki dərəcəsində Albert Səlimov rinqə çıxacaq. Onun rəqibi fransalı Sofian Umia olacaq. Döyüş saat 18:15-də start götürəcək.

69 kq çəkidəki Pərviz Bağırov rusiyalı Aleksandr Besputinlə döyüşəcək. Rəqiblər 18:45-də üz-üzə gələcək.

Xaybula Musayev 75 kq çəkidə fəxri tribunanın ən yüksək pilləsinə yüksəlməyə çalışacaq. O, qızıl medal qazanmaq üçün irlandiyalı Maykl O Reyliyə qalib gəlməlidir. Final görüşü saat 19:15-də başlayacaq.

Azərbaycan təmsilçiləri arasında sonda rinqə çıxacaq boksçu isə Abdulqadir Abdullayevdir. 91 kq-da mübarizə aparan A.Abdullayev finalda ukraynalı Gevorq Manukyanla döyüşəcək. Ağır çəkililərin mübarizəsinə 19:45-də start veriləcək.

Qeyd edək ki, iyunun 16-dan start götürən boks yarışlarında Azərbaycan idmançıları 3 qızıl və 4 bürünc medal qazanıblar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi