Yuxarı

Bolqarıstanın baş naziri I Avropa oyunlarının açılış mərasimində iştirak etmək üçün Bakıya gələcək

Boyko Borisovu idman naziri Krasen Kralev müşayiət edəcək

Bakı. 10 iyun. REPORT.AZ/ Bolqarıstanın baş naziri Boyko Borisov I Avropa oyunlarının açılış mərasimində iştirak etmək üçün Bakıya gələcək. Bu barədə "Report" Bolqarıstanın "Standart" nəşrinə istinadən xəbər verir. 

B.Borisovun Bakıya iyunun 12-də gələcəyi gözlənilir. Onu  idman naziri Krasen Kralev müşayiət edəcək.

I Avropa oyunları iyunun 12-dən 28-dək Azərbaycanda keçiriləcək. Oyunlarda Bolqarıstandan 130 idmançı iştirak edəcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi