Bakı. 9 oktyabr. REPORT.AZ/ Beynəlxalq Olimpiya komitəsinin (BOK) rəhbəri Tomas Bax Ermənistan prezidenti Serj Sarqsyanla görüşdə söz verib ki, 2015-ci ilin yayında Bakıda keçiriləcək ilk Avropa Olimpiya Oyunlarında erməni idmançıları üçün bütün zəruri şərtlərin təmin olunmasından ötrü əlindən gələni əsirgəməyəcək. Bu barədə "Report" Ermənistan KİV-nə istinadən xəbər verir.
"Görüşdə Avropa Olimpiya komitəsinin prezidenti Patrik Xiki gələn il keçiriləcək Avropa Olimpiya oyunlarının keçirilməsi ilə bağlı hazırlıq işlərinin gedişatı, Olimpiya oyunlarını qəbul edən ölkə ilə oyunların lazımi səviyyədə və dözümlülük atmosferində keçirilməsi ilə bağlı danışıqlar haqqında məlumat verib" - deyə Ermənistan prezidentinin mətbuat xidmətinin məlumatında qeyd olunub.
Qeyd edək ki, Т.Bax və Avropa Olimpiya komitəsinin prezidenti Patrik Xiki Ermənistanda səfərdədilər.