Yuxarı
    Bağlamaq

    ​Beynəlxalq federasiyalar "SportAkkord" üzvlüyünü dayandırıb

    Federasiyalar SportAkkordun tənqidlərinə etiraz edib

    Bakı. 21 may. REPORT.AZ/ Beynəlxalq Akademik Avarçəkmə Federasiyası (FİSA) Olimpiya və qeyri-Olimpiya növləri üzrə beynəlxalq federasiyaları özündə birləşdirən "SportAkkord"da üzvlüyünü dayandırıb. "Report"un TASS-a istinadən verdiyi məlumata görə, buna səbəb "SportAkkord"un prezidenti Marius Vizerin Beynəlxalq Olimpiya Komitəsinin (İOC) ünvanına sərt tənqid söyləməsi olub.

    FİSA isə buna etiraz əlaməti olaraq üzvlüyə son qoyub.

    Bundan əvvəl Beynəlxalq Triatlon Birliyi, Beynəlxalq Yüngül Atletika Federasiyaları Assosiasiyası, Beynəlxalq Atıcılıq Federasiyası, Beynəlxalq Kamandanoxatma Federasiyası, Ümumdünya Taekvondo Federasiyası, Beynəlxalq Boks Assosiasiyası, Beynəlxaq Bobsley və Skeleton Federasiyası, Beynəlxalq Ağır Atletika Federasiyası və Beynəlxalq Otüstü Xokkey Federasiyası və Beynəlxalq Parolimpiya Komitəsi "SportAkkord"u tərk edib.

    M.Vizerin İOC və Tomas Baxın ünvanına səsləndirdiyi tənqidlər səbəbindən Beynəlxalq Yay Olimpiya Oyunları Federasiyaları Assosiasiyası da eyni addımı atmağa hazırlaşır.

    Qeyd edək ki, 1967-ci ildə yaradılmış "SportAkkord" özündə 26 beynəlxalq federasiyaları özündə birləşdirir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi