Belarus idmançısı Azərbaycan samboçusunu çiynində daşıyıb - FOTO

Belarus idmançısı Azərbaycan samboçusunu çiynində daşıyıb - FOTO Amil Qasımov ağrılar səbəbindən uzun müddət yerindən qalxa bilməyib
Avropa Oyunları
22 İyun , 2015 20:39
Belarus idmançısı Azərbaycan samboçusunu çiynində daşıyıb - FOTO

Bakı. 22 iyun. REPORT.AZ/ Azərbaycanı "Bakı 2015" I Avropa Oyunlarında idmanın sambo növü üzrə yarışlarda təmsil edən Amil Qasımov zədə alıb. "Report"un məlumatına görə, 74 kq çəki dərəcəsində mübarizə aparan samboçumuz finalda Belarus təmsilçisi Stepan Popovla qarşılaşıb. Belarus idmançısının ağrıdıcı fəndi azərbaycanlı samboçunun uzun müddət yerindən qalxa bilməməsinə səbəb olub. Belədə Stepan Popov onu çiynində əlil arabasına kimi daşıyıb. Belarus idmançısının bu jesti isə azarkeşlər tərəfindən alqışlarla qarşılanıb. 

Qeyd edək ki, Amil Qasımov "Bakı 2015"də Stepan Popova 1:3 hesabı ilə məğlub olaraq gümüş medal qazanıb. 

FOTOLAR: Orxan Əzim

Son xəbərlər

Orphus sistemi