Belarus idmançıları "Bakı 2015"ə ciddi hazırlaşırlar

Belarus idmançıları "Bakı 2015"ə ciddi hazırlaşırlar Maksim Rıjenkov: "Avropa Oyunlarında ən yüksək nəticələr göstərməyi planlaşdırırıq
Avropa Oyunları
7 Aprel , 2015 11:19
Belarus idmançıları Bakı 2015ə ciddi hazırlaşırlar

Bakı. 7 aprel. REPORT.AZ/ Belarus idmançıları "Bakı 2015" I Avropa Oyunlarında ən yüksək nəticələr göstərməyi planlaşdırırlar. "Report"un məlumatına görə, bu barədə Belarus Milli Olimpiya Komitəsinin I vitse-prezidenti Maksim Rıjenkov açıqlama verib.

Onun sözlərinə görə, ölkə idmanı üçün əsas yarışlardan biri məhz Avropa Oyunları olacaq. M.Rıjenkov "Bakı 2015"də ən yüksək nəticələr göstərməyi planlaşdırdıqlarını və idmançıların Oyunlara ən ciddi şəkildə hazırlaşdıqlarını vurğulayıb.

Qeyd edək ki, "Bakı 2015" I Avropa Oyunları 12 - 28 iyunda keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi