"Bakı-2015" Avropa Oyunlarının açılış mərasimi üçün bədii direktor təyin edilib
Avropa Oyunları
- 03 oktyabr, 2014
- 10:18
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
- Bakı. 3 oktyabr. REPORT.AZ/ "Bakı-2015" Avropa Oyunlarnın açılış və bağlanış mərasimlərinin təşkili üçün ABŞ-ın "FiveCurrents" şirkəti ilə müqavilə bağlanıb. "Bakı-2015" Avropa Oyunlarının mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Azərbaycanda keçiriləcək Avropa Oyunlarının bədii direktoru vəzifəsinə isə Dimitris Papaioannou təyin edilib.
- "Afina-2004" Olimpiya Oyunları Mərasimlərinin bədii direktoru olmuş tanınmış incəsənət xadimi, xoreoqraf, aktyor və yaradıcı baxışa sahib olan D. Papaioannou bu möhtəşəm tamaşa işi üçün çox münasib hesab olunub.
- "Bakı-2015"in açılış mərasimi Azərbaycan mədəniyyətini təqdim edəcək.
- Papaioannou "Afina-2004" Olimpiya Oyunlarındakı işindən sonra Yunanıstanın prezidenti tərəfindən görkəmli yaradıcılıq nailiyyətlərinə görə "Qızıl Xaç"Şərəf Ordeninə layiq görülüb.
- "Bakı-2015" açılış və bağlanış mərasimlərinin təşkili üçün müəyyənləşdirilmiş "FiveCurrents" şirkəti "Soçi-2014" Qış Olimpiya Oyunlarının mərasimlərini, "Rio-2007" və "Quadalacara-2011" Pan Amerika Oyunlarının mərasimlərini, Sinko de Mayonun 15-ci ildönümünü və Rio de Janeyroda Reveillon Kopakabana Yeni il Şənliyini həyata keçirib.
- Qeyd edək ki, "Bakı-2015" Avropa Oyunlarının açılış mərasimi gələn il iyunun 12-də yenicə tikilmiş Bakı Olimpiya Stadionunda, 68000 tamaşaçı və dünya üzrə milyonlarla televiziya izləyicisi qarşısında keçiriləcək.
Son xəbərlər
05:05
Albaniyada etirazçıların polis bölməsinə hücumu nəticəsində on nəfər yaralanıb
Digər ölkələr
04:38
Mark Karni hərbi bazada partlayış nəticəsində hərbçilərin öldüyünü təsdiqləyib
Digər ölkələr
04:23
İtaliyada aksiyalar zamanı 160 etirazçı saxlanılıb
Digər ölkələr
03:48
SEPAH: Hörmüz boğazında tanker minaya düşüb
Region
03:12
La Liqa: "Real" "Sevilya"nı darmadağın edib
Futbol
02:53
Liviyada hərbi düşərgədə partlayış nəticəsində yeddi nəfər ölüb
Digər ölkələr
02:35
Türkiyə Moskva - Vaşinqton müqaviləsi çərçivəsində Rusiyadan dizel yanacağı alacaq
Region
02:18
Tramp Rusiya-Ukrayna danışıqlarında irəliləyiş olduğunu açıqlayıb
Digər ölkələr
01:38
ABŞ Ukrayna qaçqınlarının ərazisində qalmaq hüququnu ləğv etməyəcək
Digər ölkələr