Yuxarı
    Bağlamaq

    Bakının bəzi yollarında nəqliyyatın hərəkəti tam dayandırılıb

    Bu yollarda nəqliyyatın hərəkətinin məhdudlaşdırılması gecə saat 02.00-dək davam edəcək

    Bakı. 12 iyun. REPORT.AZ/ "Bakı 2015" ilk Avropa Oyunlarının açılış mərasimi ilə bağlı paytaxtın bəzi yollarında nəqliyyatın hərəkəti tam dayandırılıb. 

    "Report" Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir ki, iyunun 12-də saat 16.00-dan başlayaraq Heydər Əliyev prospekti, Babək qovşağından Sabunçu qovşağınadək və Mehdi Hüseyn küçəsi, Parlament prospekti dairəsindən Teymur Elçin küçəsi ilə kəsişməyədək hissədə yollar bağlanıb. Bu yollarda nəqliyyatın hərəkətinin məhdudlaşdırılması gecə saat 02.00-dək davam edəcək. 

    Həmçinin iyunun 13-də saat 08:30-18:30, 14 iyunda isə 08:30-19:00 aralığında Zuğulba Yolu / Bakı Dairəvi II-nin Dairə 1-dən Dairə 2-dək yollar tam bağlı olacaq. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi