Yuxarı

"Bakı 2015"ə qatılan ölkələrin bayraqlarının qaldırılma mərasiminin vaxtı açıqlanıb

Tədbir zamanı Atletlər Kəndinin meri 50 ölkənin nümayəndə heyətlərini salamlayacaq

Bakı. 10 iyun. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunlarına qatılacaq 50 ölkənin nümayəndə heyətləri üçün Atletlər Kəndində təntənəli salamlama və bayraqların qaldırılması mərasimi təşkil olunacaq. Bu barədə "Report"a Azərbaycan nümayəndə heyətinin rəhbəri Könül Nurullayeva məlumat verib. 

Onun sözlərinə görə, təntənəli mərasim iyunun 11-də saat 18:00-da kəndin Bayraq Meydanında baş tutacaq. Nümayəndə heyətləri Atletlər Kəndinin meri Elçin Səfərov tərəfindən salamlandıqdan sonra bütün ölkələrin bayraqları qaldırılacaq. K.Nurullayeva bildirib ki, Olimpiya Oyunları ilə müqayisədə, Avropa Oyunlarında hər bir ölkə bayrağının ayrı-ayrılıqda deyil, eyni vaxtda dalğalandırılmasına qərar verilib. 

Qeyd edək ki, tədbirdə rəsmi şəxslərin, o cümlədən, Azərbaycanda akreditə olunmuş diplomatik korpus nümayəndələri və rəhbərlərinin iştirakı gözlənilir.   

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi