​​Marina Durunda: "Yarışa səhvlərlə başladım" - YENİLƏNİB

​​Marina Durunda: "Yarışa səhvlərlə başladım" - YENİLƏNİB O, finala vəsiqə qazanıb
Avropa Oyunları
19 İyun , 2015 17:06
​​Marina Durunda: Yarışa səhvlərlə başladım - YENİLƏNİB

Bakı. 19 iyun. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunlarında Azərbaycanı bədii gimnastikada təmsil edən Marina Durunda finala yüksəlib. "Report"un məlumatına görə, o, həlqələrlə (18.100), toplarla (17.900) və lentlərlə (17.800) çıxış edib.

Hər 3 növdə çıxışını uğurla tamamlayan M.Durunda yarışdan sonra fikirlərini bildirib. Qadın gimnast çıxışının əvvəlində səhvlərə yol verdiyini deyib: "Yarışa kiçik də olsa, səhvlərlə başladım. Qalan turları isə yüksək səviyyədə keçirdim. Çıxışımın bundan yaxşı olacağına inanmırdım. Həddindən artıq həyəcanlı olduğuma görə özümü itirdim. Hamı məni dəstəkləyirdi və ümid edirdilər ki, qələbə qazanacağam. Lakin ümidləri doğrulda bilmədim. Üzülməyə ehtiyac yoxdur. Çünki iyunun 21-də keçirilən növbəti yarışlarda qələbə qazanacağıma əminəm. Bu final görüşü mənə ruh yüksəkliyi verdi".

Qeyd edək ki, bədii gimnastikada final yarışları iyunun 21-də keçiriləcək.

saat 13:18

Bakı. 19 iyun. REPORT.AZ/ Bu gün "Bakı 2015" I Avropa Oyunlarında bədii gimnastikasında qadınlar arasında çoxnövçülük üzrə finallar keçirilir. "Report"un məlumatına görə, Azərbaycanı təmsil edən Ayşən Bayramova və Marina Durunda çıxışlarını başa vurublar.

A.Bayramova halqalarla çıxışda 17.000 xal toplayıb. Startda səhvə yol verən M.Durunda isə gürzlərlə hərəkətdə aktivinə 16.050 xal yazdırıb.

Son xəbərlər

Orphus sistemi