"Bakı-2015"in Əməliyyat Komitəsində triatlon üzrə təlim keçirilib

"Bakı-2015"in Əməliyyat Komitəsində triatlon üzrə təlim keçirilib Təlimə 21 nəfər qatılıb
Avropa Oyunları
1 Dekabr , 2014 15:25
Bakı-2015in Əməliyyat Komitəsində triatlon üzrə təlim keçirilib

Bakı. 1 dekabr. REPORT.AZ/ "Bakı-2015" Avropa Oyunları Əməliyyat Komitəsində Triatlon üzrə Yerli Texniki Rəsmi şəxslər üçün təlim keçirilib. "Report"un məlumatına görə, iki gün ərzində ümumilikdə 21 şəxs triatlonun norma və qaydalarının bütün cəhətlərini öyrənib. 

Günortadan sonra isə onlar Tofiq Bəhramov adına Respublika stadionunda praktik məşqə qatılıblar. I Avropa Oyunlarında triatlon yarışlarının keçirilməsi üçün ümumilikdə 660-dan çox Yerli Texniki Rəsmi şəxsin və təxminən 1000 beynəlxalq Texniki Rəsmi şəxsin iştirakı lazımdır. Velosiped idmanı, gimnastika, taekvondo və güləş üzrə rəsmi şəxslər Yerli Texniki Rəsmi şəxslərlə işləmək üçün bu il Bakıya səfər edərək geniş praktik seminarlara qatılıblar. 

Azərbaycan Triatlon Federasiyasının nümayəndələri də Yerli Texniki Rəsmi şəxslərlə danışmaq və öz idman növləri haqqında daha ətraflı məlumat vermək üçün tədbirdə iştirak ediblər. Bir il əvvəl yaradılmasına baxmayaraq, bu federasiya triatlon idmanının da Avropa Oyunlarından sonra qalacaq irsi formalaşdırması baxımından nəzərəçarpacaq irəliləyişlər əldə edib.

Qeyd edək ki, triatlon yarışları Bakı 2015 Avropa Oyunlarının ilk həftəsində keçiriləcək və yarışlarda qalib gələn kişi və qadın idmançılar 2016-cı ildə Rio de Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarına vəsiqə qazanacaqlar. 

Son xəbərlər

Orphus sistemi