​"Bakı-2015"in ulduz elçiləri iştirakçılarla görüşüb

​"Bakı-2015"in ulduz elçiləri iştirakçılarla görüşüb Röya Ayxan Mingəçevirə, Murad Dadaşov isə Atletlər kəndinə yollanıb
Avropa Oyunları
24 Fevral , 2015 12:35
​Bakı-2015in ulduz elçiləri iştirakçılarla görüşüb

Bakı. 24 fevral. REPORT.AZ/ "Bakı-2015" I Avropa Oyunlarının ulduz elçiləri iştirakçılarla görüş keçirib. "Report"un məlumatına görə, müğənni Röya Ayxan Mingəçevirdə təmsil etdiyi avarçəkmə idmançıları ilə görüşüb.

Kür İdman və Avarçəkmə mərkəzini gəzən Röya idmançılarla, onların məşq prosesi ilə tanış olub. Ulduz elçisi Oyunlarda idmançılara uğurlar arzu edib.

Murad Dadaşov isə "Bakı-2015"in Mərasim İştirakçılarını ziyarət edib. Atletlər kəndinə baş çəkən Dadaşov Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleqlə də görüşüb. 

Son xəbərlər

Orphus sistemi