Yuxarı

"​Bakı-2015"in enerji nəzarətini həyata keçirəcək şirkət müəyyənləşib

Şirkət yarışların baş tutacağı 13 idman kompleksinin enerji və temperaturuna nəzarət edəcək

Bakı. 21 yanvar. REPORT.AZ/ Bakıda keçiriləcək I Avropa Oyunları zamanı elektrik enerjisi və temperatura nəzarəti Niderlandın "Aggreko" şirkəti həyata keçirəcək. "Report"un Böyük Britaniya mətbuatına istinadən verdiyi xəbərə görə, şirkət yarışların baş tutacağı 13 idman qurğusunun enerji və temperaturuna nəzarət edəcək.

Şirkət açılış və bağlanış mərasimlərində kompleksləri  34 meqavatt gücündə enerji ilə təmin edəcək.

Qeyd edək ki, "Aggreko" şirkəti 1962-ci ildə Niderlandda təsis olunub və hazırda şirkət 45 ölkədə fəaliyyət göstərir. Şirkət 2010-cu il Vankuver Qış və 2012-ci il London Yay Olimpiya Oyunlarının enerji təchizatını həyata keçirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi