​"Bakı 2015"in bağlanış mərasiminin direktoru təyin olunub

​"Bakı 2015"in bağlanış mərasiminin direktoru təyin olunub Bu vəzifədə Ceyms Hedley çalışacaq
Avropa Oyunları
3 Aprel , 2015 15:18
​Bakı 2015in bağlanış mərasiminin direktoru təyin olunub

Bakı. 3 aprel. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunlarının bağlanış mərasiminin bədii direktoru təyin edilib. "Report"un məlumatına görə, bu vəzifəyə Ceyms Hedley təyin olunub.

Peşəkar teatr və sirk sənətində, eləcə də iri həcmli tədbirlərin idarə olunmasında 25 illik təcrübəyə malik olan C.Hedley Şimali Amerikada Mystère, La Nouba, "O", The Beatles' LOVE, Ka, Iris and Zumanity daxil olmaqla bir sıra tamaşaların qurulmasında "Cirque du Soleil's" şirkətinin baş bədii direktoru olub və "Qremmi" mükafatı, "Tonight Show", "Live with Kelly and Michael", "Ellen De Generes Show" və "Today Show" kimi proqramları hazırlayıb.

Libbi Haylənd Ceyms Hedleyin yaradıcı əməkdaşı olacaq və "Bakı-2015"in bağlanış mərasiminin yaradıcı direktoru qismində fəaliyyət göstərəcək. O, "Rio-2007" və "Qvadalaxara-2011" Panamerika Oyunları da daxil olmaqla bir sıra tədbirlərin yaradıcı işlərinə rəhbərlik edib.

"Bakı 2015" I Avropa Oyunlarının bağlanış mərasimi 50 ölkənin nümayəndə heyətinin üzvlərini, 6 000-dən çox idmançını, eləcə də onların ailələrini, məşqçilərini, könüllüləri, tərəfdaşları və ümumilikdə bütün ictimaiyyəti birləşdirən vida şousu olacaq.

Skot Givensin rəhbərlik etdiyi "Five Currents" aparıcı şirkəti isə "Bakı 2015" I Avropa Oyunlarının açılış və bağlanış mərasimlərinin təşkilatçısıdır. Şirkət "Soçi-2014" Qış Olimpiya, "Rio-2007" və "Qvadalaxara-2011" Panamerika Oyunlarının açılış və bağlanış mərasimlərini, "Cinco de Mayo"nun 15 illik yubileyini və Rio de Janeyroda "Reveillon Copacabana" Yeni il tamaşası da daxil olmaqla bir çox tədbirləri təşkil edib.

Qeyd edək ki, açılış və bağlanış mərasimləri yeni tikilmiş Bakı Olimpiya Stadionunda 68 minlik izləyici kütləsi və dünyanın müxtəlif yerlərindən olan televiziya izləyicilərinin gözü qarşısında baş tutacaq.

Son xəbərlər

Orphus sistemi