Yuxarı

"Bakı 2015"in rəsmisi İngiltərənin "Aston Villa" klubuna direktor təyin olunub

Çarli Vijeratna yeni vəzifəsinin icrasına 2 aydan sonra rəsmən başlayacaq

Bakı. 11 fevral. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunları Əməliyyat Komitəsinin kommersiya direktoru Çarli Vijeratna İngiltərənin "Aston Villa" futbol klubunda eyni vəzifəyə təyin olunub. "Report"un "İnside the Games"ə istinadən verdiyi məlumata görə, Ç.Vijeratna yeni vəzifəsinin icrasına 2 aydan sonra rəsmən başlayacaq. 

O, iyunun 12-də keçiriləcək açılış mərasiminədək Azərbaycanda qala bilməyəcək. Ç.Vijeratna "Bakı 2015"də çalışdığı müddətdə 7 tərəfdaşlıq və 7 sponsorluq müqaviləsinə, eləcə də 47 ölkəni əhatə edən yayım hüququna məsul olub. Britaniyalı keçmiş hüquqşunas "Aston Villa"da gəlirlərə cavabdehlik daşıyacaq, marketinq və media sahələrini kurasiya edəcək. 

Qeyd edək ki, Çarli Vijeratna daha öncə Londonun 2012-ci il Yay Olimpiya və Paralimpiya Oyunlarına Sifariş Ərizəsinin uğurlu alınmasında böyük rol oynayıb və İngiltərənin "Tottenhem" futbol klubunda kommersiya direktoru vəzifəsində çalışıb. O, "Bakı 2015"də 2014-cü ilin yanvarından çalışmağa başlayıb. Hazırda "Aston Villa" İngiltərə Premyer Liqasında 25 oyundan 22 xalla 18-ci pillədə qərarlaşıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi