Bakı. 18 iyun. REPORT.AZ/ Bakıda keçirilən l Avropa Oyunları təkcə Avropa deyil dünyanın bir çox ölkələrində yayımlanır. “Report” xəbər verir ki, bunu Beynəlxalq İdman yayımı şirkətinin prezidenti (İSB) Manolo Romero bildirib. O, qeyd edib ki, ümumilikdə 1000 saata qədər yayım nəzərdə tutulsa da, bu bir qədər artıq oldu: ”Bu günə qədər yalnız peyk vasitəsi ilə 800 saatdan çox yayım təşkil etmişik. Yayımlar həmçinin ərəb və fars dillərində də təşkil olunub. Bunun nəticəsidir ki, təkcə ərəb ölkələrində 10 milyondan artıq tamaşaçı açılış mərasimini izləyib.
M. Romero vurğulayıb ki, əsas auditoriyamız Avropadadır və hal hazırda bu qitənin 45 ölkəsi yarışları yayımlayır: “Açlış mərasimi Avropanın 45 ölkəsində yayımlanıb, 40 ölkədə mərasim canlı yayımlanıb. Bundan başqa dünyanın 100 ölkəsində Avropa Oyunları yayımlanır. Dünyanın 30 ölkəsi Avropa Oyunlarının açılışını canlı yayımlayıb. Ümmumilikdə hər ölkədə gün ərzində 5.7 saat yayım həyata keçirilib. Bundan başqa rəqəmsal kanallar vasitəsilə də yayım həyata keçirilir”.