"Bakı-2015" I Avropa oyunlarında İtaliyadan 300-ə yaxın idmançı iştirak edəcək

"Bakı-2015" I Avropa oyunlarında İtaliyadan 300-ə yaxın idmançı iştirak edəcək Səfir: "Oyunlar Azərbaycan üçün öz nailiyyətlərini nümayiş etdirmək baxımından yaxşı imkan olacaq"
Avropa Oyunları
12 Mart , 2015 13:23
Bakı-2015 I Avropa oyunlarında İtaliyadan 300-ə yaxın idmançı iştirak edəcək

Bakı. 12 mart. REPORT.AZ/ "Bakı-2015" Birinci Avropa oyunlarında İtaliyadan 300-ə yaxın idmançı iştirak edəcək. Bu barədə "Report"a müsahibəsində İtaliyanın Azərbaycandakı səfiri Campaolo Kutilyo bildirib. 

Səfir qeyd edib ki, İtaliya yığması idmançıların sayına görə Olimpiya oyunlarında iştirak edəcək komandaların ilk üçlüyünə daxil olacaq. 

"Mən hesab edirəm ki,  oyunlar Azərbaycan üçün öz nailiyyətlərini, inkişafını, eləcə də ənənələrini, mədəniyyətini və gözəl Bakını digər Avropa ölkələri və bütün dünyaya nümayiş etdirmək baxımından yaxşı imkan olacaq", - İtaliya səfiri vurğulayıb. 

Tarixdə ilk dəfə olaraq Birinci Avropa Oyunları iyunun 12-dən 28-nə qədər Azərbaycanın paytaxtı Bakıda keçiriləcək. 17 gün ərzində Avropanın bütün ölkələrindən olan 6 mindən çox atlet idmanın 20 növü üzrə 253 medal dəsti uğrunda mübarizə aparacaq. 

Son xəbərlər

Orphus sistemi