Yuxarı
    Bağlamaq

    Avropa Oyunlarında Gürcüstanın bayraqdarı olmuş güləşçi bıçaqlanıb

    Hadisə iki gün öncə paytaxt Tbilisidəki gecə klublarından birində baş verib

    Bakı. 15 may. REPORT.AZ/ “Bakı 2015” I Avropa Oyunlarında Gürcüstanın bayraqdarı olmuş yunan-Roma güləşi üzrə ikiqat Avropa çempionu Zurab Datunaşvili bıçaqlanıb. “Report”un “Rustavi2”yə istinadən verdiyi məlumata görə, hadisə iki gün öncə paytaxt Tbilisidə gecə klublarından birində baş verib.

    Xəstəxanaya yerləşdirilən 26 yaşlı idmançının durumu barədə ətraflı açıqlama verilmir.

    Qeyd edək ki, Zurab Datunaşvili “Bakı 2015” I Avropa Oyunlarında yarımfinal mərhələsində Azərbaycan güləşçisi Elvin Mürsəliyevə, bürünc medal uğrunda görüşdə isə rusiyalı Çingiz Labazanova uduzub. O, həmçinin 2014-cü ildə Özbəkistanın paytaxtı Daşkənddə təşkil olunmuş dünya çempionatında bürünc medal uğrunda görüşdə də E.Mürsəliyevlə bacarmayıb. Gürcüstanlı idmançı 2012-ci il London Yay Olimpiya Oyunlarında 1/4 final mərhələsində başqa bir Azərbaycan pəhləvanı Emin Əhmədova məğlub olub. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi