Bakı. 3 yanvar. REPORT.AZ/ Bakı-2015 I Avropa Oyunlarına yeni təyinat olub. "Report"un məlumatına görə, Martin Devis Oyunlar zamanı baş fizioterapevt funksiyasını yerinə yetirəcək.
Britaniyalı mütəxəssis 50 fizioterapevtdən ibarət heyətə rəhbərlik edəcək. O, 20 növ üzrə mübarizə aparacaq 600 idmançının yaxşı formada qalması üçün çalışacaq.
Qeyd edək ki, Martin Devis daha öncə 2012-ci il London Yay Olimpiya Oyunlarında və ötən il Qlazqo Həmrəylik Oyunlarında çalışıb.
Avropa Oyunları iyunun 12-dən 28-dək keçiriləcək.