Yuxarı

​"Bakı 2015" Hindistanda da yayımlanacaq

NEO Sports şəbəkəsi ilə saziş imzalanıb

Bakı. 18 mart. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunları Əməliyyat Komitəsi bu yay keçiriləcək Oyunların Hindistanda yayımlanması üçün NEO Sports şəbəkəsi ilə sazişə imza atıb. 

"Report"un məlumatına görə, sazişə əsasən, "Bakı 2015" I Avropa Oyunları "NEO Sports" və "NEO Prime" kanalları vasitəsilə bütün ölkəyə yayımlanacaq.

Oyunlarla bağlı gündəlik xəbərlər və yarışlardan ən maraqlı anların lentə alındığı videomateriallar maksimum sayda tamaşaçının televiziyanı seyr etdiyi vaxtda nümayiş etdiriləcək. Avropa Oyunları kanallar və şəbəkənin vebsaytı vasitəsilə təbliğ olunacaq. Açılış və Bağlanış mərasimləri də canlı yayımlanacaq.

NEO Sports şəbəkəsi beynəlxalq idman yarışlarını, o cümlədən, müxtəlif tennis turnirlərini, Almaniya Bundesliqasını, “PGA Tour” qolf turnirlərini və digərlərini yayımlamaq hüququna malikdir.

Qeyd edək ki, "Bakı 2015" I Avropa Oyunları Əməliyyat Komitəsi bu sazişin bağlanması ilə Avropa Oyunlarının Birləşmiş Ştatlar, Çin və Ərəb dünyası da daxil olmaqla, dünyanın 55 ölkəsində yayımlanacağını elan edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi