Azərbaycanın 4 üzgüçüsü "Bakı 2015"də çıxış edib

Azərbaycanın 4 üzgüçüsü "Bakı 2015"də çıxış edib Kamran Cəfərov təyin olunmuş məsafəni 27.17 saniyəyə, Murat Ayxan isə 28.75 saniyəyə başa vurub
Avropa Oyunları
23 İyun , 2015 12:41
Azərbaycanın 4 üzgüçüsü Bakı 2015də çıxış edib

Bakı. 23 iyun. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunlarında Azərbaycanın daha 4 idmançısı üzgüçülük yarışlarında çıxışını başa vurub. "Report"un məlumatına görə, kişilər arasında 50 metr məsafəyə kəpənək yarışını İvan Andrianov 25,14 saniyəyə başa vurub.

Bu göstərici ilə o, siyahının 27-ci pilləsində qərarlaşıb və yarımfinala yüksələ bilməyib. Kişilər arasında 100 metr məsafəyə arxası üstə üzmədə isə Qriqori Kalminski çıxış edib. Azərbaycan təmsilçisi yarışı 59.79 saniyə ilə 50 iştirakçı arasında 45-ci pillədə başa vurub.

Qadınların yarışında isə Alsu Bayramova və Yuliya Stisyuk uğursuz çıxış edib. A.Bayramova 200 metr kəpənək yarışında 2 dəqiqə 24,36 saniyə ilə 22-ci (25 iştirakçı), Y.Stisyuk isə 200 metr məsafəyə arxası üstə üzmədə 2 dəqiqə 30,06 saniyə ilə 34 iştirakçının olduğu siyahıda 33-cü olub.

*** 11:11

Bakı. 23 iyun. REPORT.AZ/ " Bakı 2015" I Avropa Oyunlarında çıxış edən Azərbaycanın 3 üzgüçüsü mübarizəni dayandırıb. "Report"un məlumatına görə, onlardan ikisi kişi, biri isə qadındır.

Qadınlar arasında 100 metr məsafəyə sərbəst üzmədə Anna Mançenkova uğursuz çıxış edib. O, məsafəni 1 dəqiqə 03.15 saniyəyə başa vurub. Nəticədə A.Mançenkova 64 iştirakçı arasında 63-cü pillədə qərarlaşıb və yarımfinala yüksələ bilməyib.

Kişilər arasında 50 metr məsafəyə kəpənək yarışında isə Kamran Cəfərov və Murat Ayxan iştirak edib. K.Cəfərov təyin olunmuş məsafəni 27.17 saniyə, M.Ayxan isə 28.75 saniyəyə başa vurub. Hər iki idmançı 61 iştirakçı arasında müvafiq olaraq sonuncu iki pilləni bölüşüb.

*** 09:49

Bu gün " Bakı 2015" I Avropa Oyunlarında üzgülüçük yarışına start verilib. "Report"un məlumatına görə, Azərbaycan bu idman növündə 8 üzgüçü ilə təmsil olunur.

Üzgülüçük yarışı 5 gün davam edəcək. Ümumilikdə qaliblər üçün 42 medal dəsti hazırlanıb.

Son xəbərlər

Orphus sistemi