Avropa Oyunlarında götürülmüş dopinq-testlərin sayı açıqlanıb

Avropa Oyunlarında götürülmüş dopinq-testlərin sayı açıqlanıb İradə Rüstəmzadə: "Cavabları bir sutkaya alırıq"
Avropa Oyunları
148
24 İyun , 2015 12:49
Avropa Oyunlarında götürülmüş dopinq-testlərin sayı açıqlanıb

Bakı. 24 İyun. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunları iştirakçılarından indiyədək 1400 dopinq-testi götülürüb. Bu barədə "Report"a Gənclər və İdman Nazirliyinin dopinqə qarşı mübarizə sektorunun müdiri və Ümumdünya Antidopinq Agentliyinin zabiti İradə Rüstəmzadə məlumat verib.

Onun sözlərinə görə, yoxlamalar yarış öncəsi, yarış zamanı və yarışdankənar dövrdə götürülüb. İ.Rüstəmzadə bildirib ki, analizlər Moskva (Rusiya) və Vyana (Avstriya) laboratoriyalarında aparılır. Nazirlik rəsmisi analiz cavablarının bir sutka ərzində verildiyini açıqlayıb: "Hələlik antidopinq qaydalarının yalnız bir pozulma halına rast gəlinib. İyunun 13-də albaniyalı boksçu Rehildo Zenelinin sidik analizi nəticəsində istifadəsi qadağan olunmuş furosemid aşkarlanıb. 19 yaşlı idmançı dərhal yarışlardan kənarlaşdırılıb. Analoji hallara yenə rast gəlinsə, bizə bir gün ərzində məlumat veriləcək".

Qeyd edək ki, 6000-dən çox idmançının qatıldığı Avropa Oyunlarına iyunun 28-də yekun vurulacaq. 

Son xəbərlər

Orphus sistemi