Bakı. 24 iyun. REPORT.AZ/ Azərbaycan badmintonçuları "
Bununla da çıxış etdiyi B qrupunda 1 xalla 3-cü yeri tutan K.Rzayev ilk 2 pillədən kənarda qalıb. Nəticədə o, 1/8 finala yüksələ bilməyib.
Daha öncə qoşa mübarizədə Kənan Rzayev - Orxan Qələndərov dueti qrup mərhələsindəki ilk 2 görüşündən məğlubiyyətlə ayrılaraq, 1/4 finala yüksələ bilməyib. 2 turdan sonra xalsız olan azərbaycanlı cütlüyün bu gün rusiyalı İvan Sazonov - Vladimir İvanov dueti ilə görüşü təsəlli xarakteri daşıyacaq.
*** 09:03
Bu gün "
Rzayev fərdi yarışda italiyalı Rosario Maddaloni, cütlüklərin yarışında isə Rzayev - Qələndərov dueti rusiyalı İvan Sazonov - Vladimir İvanov cütlüyü ilə qarşılaşacaq.
İlk iki görüşdən sonra fərdi yarışda Kənan Rzayev 2 qarşılaşmadan 1-də qələbə qazanmaqla qrup 3-cüsü, cütlükdə çıxış edən K.Rzayev və O.Qələndərov isə 2 oyundan 0 xal toplayaraq qrupda sonuncu yerdədir.
Qeyd edək ki, badminton yarışına iyunun 26-da yekun vurulacaq və qaliblərə 2 dəst medal təqdim ediləcək.