Yuxarı

Azərbaycan badmintonçusu Avropa Oyunlarına məğlubiyyətlə başlayıb

Kənan Rzayev israilli Mişa Zilbermana uduzub

Bakı. 22 iyun. REPORT.AZ/ Bakı. 22 iyun. REPORT.AZ/ Azərbaycanı "Bakı 2015" I Avropa Oyunlarında təmsil edən Azərbaycan badmintonçusu Kənan Rzayev ilk görüşdə məğlubiyyətlə üzləşib. "Report"un məlumatına görə, B qrupunda yer alan K.Rzayev israilli Mişa Zilbermana uduzub.

Görüş israilli idmançının 2:0 (21:5, 21:3) hesablı qələbəsi ilə yekunlaşıb. Qrupun digər qarşılaşmasında italiyalı Rosario Maddaloni maltalı Samuel Kalini məğlub edib - 2:0 (21:3, 21:10). Azərbaycan idmançısı iyunun 23-də S.Kali, bir gün sonra isə R.Maddaloni ilə qarşılaşacaq.

*** 11:17

"Bakı 2015" I Avropa Oyunlarında badminton yarışlarına start verilib. "Report"un məlumatına görə, badminton yarışında Azərbaycan təmsilçisi Kənan Rzayev B qrupunda israil idmançısı Mişa Zilbermanla mübarizə aparır.

Kişilər arasında cütlüklərin yarışında isə Orxan Qələndərov - Kənan Rzayev dueti türkiyəli Sinan Zorlu - Emre Vural cütünə qarşı yarışacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi