Azərbaycanlı cüdoçu Rüstəm Orucov Avropa çempionluğunu qazanıb

Azərbaycanlı cüdoçu Rüstəm Orucov Avropa çempionluğunu qazanıb Rəqibinə qalib gələn cüdoçumuz çempion adını qazanıb
Avropa Oyunları
104
22 Aprel , 2016 23:19
Azərbaycanlı cüdoçu Rüstəm Orucov Avropa çempionluğunu qazanıb

Bakı. 23aprel. REPORT.AZ/ Rusiyanın Kazan şəhərində cüdo üzrə Avropa çempionatı davam edir. Report.az-ın məlumatına görə, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya baxımından önəm daşıyan yarışın ikinci günündə Azərbaycanın 2 cüdoçusu tatami üzərinə çıxıb.

73 kq çəkidə Rüstəm Orucovun 1/16 finaldakı rəqibi litvalı Kestutis Vitkauskas olub. Azərbaycanlı idmançı qalib gələrək adını 1/8 finala yazdırıb. Onun bu dəfəki rəqibi çexiyalı Yakub Yesminekki olub və Orucov bu idmançı üzərində cəmi 22 saniyəyə qələbə qazanaraq 1/4 finala yüksəlib. Azərbaycan cüdoçusu 1/4 finalda sloveniyalı Rok Draksiçlə üz-üzə gəlib. Orucov bu rəqibini də məğlub edərək yarımfinala adlayıb. Azərbaycanlı cüdoçunun yarımfinaldakı rəqibi rusiyalı Denis Yartsev olub. Orucov rəqibini 2 dəqiqəyə ippona salaraq təmiz qələbə qazanıb və finala yüksəlib. Təmsilçimiz finalda gürcüstanlı Laşa Şavdatuaşvili ilə görüşüb. Rəqibinə qalib gələn cüdoçumuz Avropa çempionu olub.

81 kq-da isə Əbdülhəqq Rəsullu 1/16 finalda fransalı Alen Şmittlə görüşüb. O, qalib gələrək, növbəti mərhələyə yüksəlib. 1/8 finalda Rəsullunun rəqibi Yoahim Bottyö olub. O, belçikalı rəqibinə məğlub olub.

Qeyd edək ki, çempionatın ilk günündə 60 kq çəkidə mübarizə aparan Orxan Səfərov gümüş medal qazanıb.

Son xəbərlər

Orphus sistemi