Yuxarı

​Azərbaycanın taekvondo üzrə qızıl medalçısı: Azərbaycanlıları şad edəcəyimə söz vermişdim

Mən bu məsuliyyəti özümdə hiss edib qızıl medal qazanmağı bacardım

Bakı. 18 İyun. REPORT.AZ/ "Mən söz vermişdim ki, bütün azərbaycanlıları şad edəcəyəm və şükürlər olsun ki, sözümün üstündə durdum və qızıl medal qazandım".

"Report" xəbər verir ki, bu sözləri "Bakı-2015" I Avropa Oyunlarında taekvondo üzrə 81 kq. çəkidə qızıl medal qazanmış Azərbaycan idmançısı Milad Beiqi Harçeqani deyib.

O, azarkeşlər tərəfindən böyük dəstəyin olduğunu xüsusilə vurğulayıb:

"Bütün azərbaycanlı qardaşlarım çox böyük dəstək göstərdilər və bu mənə ruh verdi. Mən bu məsuliyyəti özümdə hiss edib qızıl medal qazanmağı bacardım". 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi