Azərbaycanın şahmat komandası III Avropa Oyunlarında mübarizə aparacaq

Avropa Oyunları
  • 22 mart, 2023
  • 09:46
Azərbaycanın şahmat komandası III Avropa Oyunlarında mübarizə aparacaq

Polşanın Krakov şəhərində keçiriləcək III Avropa Oyunlarında şahmat yarışları olacaq.

"Report" Avropa Şahmat İttifaqına istinadən xəbər verir ki, turnir iyunun 19-da baş tutacaq.

Qaydalara əsasən, 2 nəfərdən ibarət (1 kişi və 1 qadın) iştirakçı komandalar blitsdə mübarizə aparacaqlar.

Azərbaycanla yanaşı daha 7 ölkə yarışa qatılacaq. Yığmalar Beynəlxalq Şahmat Federasiyasının martın 1-də açıqlanan klassik şahmat üzrə reytinqə əsasən seçilir.

Reqlamentə görə komandalar dairəvi sistemlə çıxış edəcəklər. İlk dörd yeri tutanlar pley-off mərhələsinə vəsiqə qazanacaqlar.

Qeyd edək ki, III Avropa Oyunları 21 iyun - 2 iyulda gerçəkləşəcək.

Son xəbərlər

Bütün Xəbər Lenti