Yuxarı

Azərbaycanın qızıl medalçısı: “Şükürlər olsun ki, məqsədimə çatdım”

“Məqsədim uğurumu Rio-de-Janeyroda təkrarlamaqdır”

Bakı. 18 iyun. REPORT. AZ/ “Şükürlər olsun ki, məqsədimə çatdım, məşqlərin bəhrəsini gördüm və Azərbaycana qızıl medallardan birini də mən qazandırdım”.

“Report”un xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında I Avropa Oyunlarında taekvando üzrə qızıl medal qazanan Azərbaycan idmançısı Ayxan Tağızadə deyib.

O, idmançılara göstərdiyi qayğıya görə Prezident İlham Əliyevə və Taekvando Federasiyasının rəhbərliyinə təşəkkür edib.

“Qələbə çox şirin duyğudur. Məqsədim uğurumu Rio-de-Janeyroda təkrarlamaqdır”, - A.Tağızadə əlavə edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi