"Bakı 2015": Azərbaycanın qadın voleybolçuları yarımfinala vəsiqə qazanıb

"Bakı 2015": Azərbaycanın qadın voleybolçuları yarımfinala vəsiqə qazanıb Meydan sahibləri Niderland komandasını 3:0 hesabı ilə məğlub edib
Avropa Oyunları
108
23 İyun , 2015 20:38
Bakı 2015: Azərbaycanın qadın voleybolçuları yarımfinala vəsiqə qazanıb

Bakı. 23 iyun. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunları çərçivəsində Azərbaycan və Niderland yığmaları arasında voleybol matçında üçüncü set də yekunlaşıb. "Report"un məlumatına görə, meydan sahibləri bu dəfə 25:14 hesabı ilə qalib gəlib - 3:0. Bununla da baş məşqçi Aleksandr Çervyakovun komandası Türkiyə və Polşanın ardından yarımfinala vəsiqə qazanan üçüncü komanda olub. 

*** 20:07

"Bakı 2015" I Avropa Oyunları çərçivəsində Azərbaycan və Niderland yığmaları arasında voleybol matçında ikinci set də yekunlaşıb. "Report"un məlumatına görə, meydan sahibləri bu dəfə 25:23 hesabı ilə qalib gəlib - 2:0.

*** 19:30

"Bakı 2015" I Avropa Oyunları çərçivəsində Azərbaycan və Niderland yığmaları arasında voleybol matçında ilk set yekunlaşıb. "Report"un məlumatına görə, “Baku Crystall Hall”da baş tutan qarşılaşmada təşkilatçı ölkənin komandası 25:21 hesabı ilə qalib gəlib - 1:0.

*** 19:12

Azərbaycanın qadın voleybolçuları 1/4 finalda Niderland millisi ilə qarşılaşırlar. "Report"un məlumatına görə, oyundan əvvəl hər iki komandanın dövlət himni səsləndirilib.

Qarşılaşmanın birinci hakimi Jativa Rodriguez, ikinci hakim isə Filip Şürmandır.

Komandamızın heyətində meydana Kseniya Poznyak, Oksana Kurt, Adina Bayramova, Ayşən Əbdüləzimova, Janna Matiasofska-Ağayeva, Valeriya Məmmədova, Polina Rəhimova çıxıblar.

*** 16:53

"Bakı 2015" I Avropa Oyunlarında mübarizə aparan Azərbaycanın qadınlardan ibarət voleybol komandası bu gün növbəti görüşünü keçirəcək. "Report"un məlumatına görə, qadın voleybolçular yarımfinala vəsiqə qazanmaq üçün Hollandiya komandası ilə qarşılaşacaq.

Görüş saat 19:00-da start götürəcək.

Son xəbərlər

Orphus sistemi