Yuxarı

​Azərbaycanın qadın voleybolçuları "Bakı 2015"i medalsız başa vurub - FOTO

Bürünc medala Serbiya yığma komandası sahib olub

Bakı. 27 iyun. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunları çərçivəsində Azərbaycan və Serbiyanın qadın voleybolçulardan ibarət yığma komandaları arasında üçüncülük uğrunda görüş başa çatıb. "Report"un məlumatına görə, "tay-breyk"də 15:9 hesablı üstünlüyə nail olan qonaq komanda 3:2 hesablı qələbə sayəsində bürünc medala sahib olub. Azərbaycan yığma komandası isə "Bakı 2015" I Avropa Oyunlarını dördüncü olmaqla medalsız başa vurub.

*** 17:57

"Bakı 2015" I Avropa Oyunları çərçivəsində Azərbaycan və Serbiyanın qadın voleybolçulardan ibarət yığma komandaları arasındakı üçüncülük uğrunda görüşdə dördüncü set yekunlaşıb. "Report"un məlumatına görə, qonaqlar 25:14 hesablı üstünlüklə yenidən setlərdə bərabərlik yaradıb - 2:2.

*** 17:31

 "Bakı 2015" I Avropa Oyunları çərçivəsində Azərbaycan və Serbiyanın qadın voleybolçulardan ibarət yığma komandaları arasındakı üçüncülük uğrunda görüşdə üçüncü set yekunlaşıb. "Report"un məlumatına görə, meydan sahibləri 25:17 hesablı üstünlüklə set fərqində önə çıxıb - 2:1.

*** 17:02

"Bakı 2015" I Avropa Oyunları çərçivəsində Azərbaycan və Serbiyanın qadın voleybolçulardan ibarət yığma komandaları arasındakı bürünc medal uğrunda görüşdə ikinci set yekunlaşıb. "Report"un məlumatına görə, serbiyalı voleybolçular 25:19 hesablı üstünlüklə setlərdə bərabərlik yaradıb - 1:1.

*** 16:32

"Bakı 2015" I Avropa Oyunları çərçivəsində Azərbaycan və Serbiya yığmaları arasında voleybol matçında ilk set yekunlaşıb. "Report"un məlumatına görə, “Baku Crystall Hall”da baş tutan qarşılaşmada təşkilatçı ölkənin komandası 25:21 hesabı ilə qalib gəlib - 1:0.

*** 16:03

Bu gün "Bakı 2015" I Avropa Oyunlarında qadın voleybolçuların mübarizəsinə yekun vurulacaq. "Report"un məlumatına görə, artıq Azərbaycan və Serbiya yığma komandaları bürünc medal uğrunda mübarizəyə başlayıb.

Saat 18:00-da isə Türkiyə və Polşa milliləri finalda qarşılaşacaqlar.

Qeyd edək ki, Azərbaycan yığması Polşa, Belçika, İtaliya, Rumıniya və Türkiyənin yer aldığı A qrupunda 2-ci yeri tutub. 1/4 finalda Hollandiyanı 3:0 (25:21, 25:23, 25:14) hesabı ilə məğlub edən təşkilatçı ölkə millisi yarımfinalda Türkiyəyə "tay-breyk"də uduzub - 2:3 (21:25, 25:23, 19:25, 25:23, 11:15).

FOTOLAR: Elşən Baba

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi