Yuxarı

Azərbaycanın karate yığması "Bakı 2015"də ümumi komanda hesabında qalib olub

Medal sayında isə Türkiyə 9 medalla hamını qabaqlayıb

Bakı. 14 iyun. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunlarında karate yarışlarına yekun vurulub. "Report"un məlumatına görə, Azərbaycan milli komandası yarışı 4 qızıl, 2 bürünc medalla başa vurub.

Milli üzvlərindən Firdovsi Fərzəliyev (60 kq), Rafael Ağayev (75 kq), Ayxan Mamayev (84 kq) və İrina Zaretska (67 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb, İlahə Qasımova (55 kq) və Niyazi Əliyev (67 kq) isə 3-cü yeri tutub.

Bu nəticə ilə Azərbaycan ümumi komanda hesabında medal əyarında birinci yeri tutub. Medal sayında isə Türkiyə 9 medalla (3 qızıl, 2 gümüş, 4 bürünc) hamını qabaqlayıb.

Ümumilikdə 12 dəst medal cəmi 12 ölkə arasında bölüşdürülüb. Azərbaycan və Türkiyədən əlavə, Fransa (2, 2, 1), İspaniya (2, 0, 0), Xorvatiya (1, 1, 1), İtaliya (0, 3, 0), Avstriya (0, 2, 0), Almaniya (0, 1, 0), Yunanıstan (0, 1, 0), Makedoniya (0, 0, 2), Çernoqoriya (0, 0, 1) və Rusiya (0, 0, 1) da medalçılar sırasına düşüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi