Yuxarı

Azərbaycanın hər iki basketbol millisi 1/4 finalda mübarizəni dayandırıb

Hər iki komanda İspaniya yığmalarına uduzub

Bakı. 25 İyun. REPORT.AZ/ Bu gün I Avropa Oyunları çərçivəsində keçirilən kişi və qadın yığmaları arasında 3x3 basketbol yarışlarının üçüncü günündə Azərbaycanın hər iki komandası mübarizəni dayandırıb.

"Report" xəbər verir ki, yarışların 1/8 finalına yüksələn Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Litva basketbolçuları ilə qarşılaşıb.

Millimiz bu mərhələdə Litva komandasını 17:10 hesabı ilə məğlub edərək 1/4 finala yüksəlib. 1/4-də İspaniya yığması ilə üz-üzə gələn millimiz 17:19 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.

Kişilərdən ibarət Azərbaycan yığması isə 1/8 finalda İsrail ilə qarşılaşıb. Bu mərhələdə 19:14 hesabı ilə qalib gələn Azərbaycan yığması 1/4 finala yüksəlib. Dörddəbir finalda İspaniya komandası ilə qarşılaşan basketbol yığmamız 14:17 hesabı ilə uduzaraq yarışlarda iştirakını başa vurub.

Ümumilikdə dörd gün davam edəcək 3x3 basketbol yarışlarında qaliblər iyunun 26-da müəyyənləşəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi