Azərbaycanın daha bir boksçusu II Avropa Oyunları ilə vidalaşıb

Azərbaycanın daha bir boksçusu II Avropa Oyunları ilə vidalaşıb Azərbaycan boksçusu Məsud Yusifzadə Belarusun paytaxtı Minskdə keçirilən Avropa Oyunlarında çıxışını başa vurub.
Avropa Oyunları
24 İyun , 2019 20:20
Azərbaycanın daha bir boksçusu II Avropa Oyunları ilə vidalaşıb

Azərbaycan boksçusu Məsud Yusifzadə Belarusun paytaxtı Minskdə keçirilən Avropa Oyunlarında çıxışını başa vurub. 

"Report" xəbər verir ki, 52 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/8 finalda Ukrayna təmsilçisi Dmitri Zamotayevlə qarşılaşıb.

Rəqibinə məğlub olan (1:4) Yusifazadə II Avropa Oyunları ilə vidalaşıb.

Qeyd edək ki, bu gün Tayfur Əliyev (56 kq) 1/8 finalda uduzaraq medal şansını itirib. 

Son xəbərlər

Orphus sistemi