Azərbaycanın bürünc medal qazanan idmançısı: "Çox sevinirəm"
- 15 iyun, 2015
- 11:01
Bakı. 15 iyun. REPORT.AZ/ "Təəssüratlarım çox yaxşıdır. Avropa Oyunlarının açılışından tutmuş bizim yarışdığımız günə qədər hər şey yüksək səviyyədə təşkil olunmuşdu. Belə qələbələrin ardı gəlsin, Azərbaycan buna layiqdir".
Bunu "Report"a "Bakı 2015" I Avropa Oyunlarında kişilər arasında kumite yarışlarında 67 kq çəki dərəcəsində bürünc medal qazanan Niyazi Əliyev təəssüratlarını bölüşərkən deyib.
O, yarışda qızıl medal qazana bilməməsinə çox təəssüfləndiyini bildirib: "Amma bürünc medalla da kifayətlənmək olar. Bu mükafatı kolleksiyama əlavə edəcəyimə görə çox sevinirəm".
N.Əliyev Azərbaycanın IV İslam Həmrəyliyi Oyunlarında daha yüksək nəticə göstərəcəyinə inandığını bildirib: "Qarşıdan İslam Həmrəyliyi oyunları gəlir, biz həmin oyunlarda indikindən də yüksək nəticələr gözləyirik".