Yuxarı
    Bağlamaq

    Azərbaycanın akrobatika dueti "Bakı 2015"də 5-ci yeri tutub

    Ulyana Dyakova - Anatoli Leonov dueti templə qarışıq cütlük hərəkətlərində medalsız qalıb

    Bakı. 21 iyun. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunlarında akrobatikanın templə qarışıq cütlük hərəkətlərində mübarizəyə yekun vurulub. "Report"un məlumatına görə, Azərbaycanı təmsil edən Ulyana Dyakova - Anatoli Leonov dueti finalda 5-ci olub.

    Onlar aktivlərinə 27.320 xal yazdırıb.

    Marina Çernova - Georgi Pataraya (Rusiya) dueti 29,300 xalla qızıl, Yana Vastavel - Solano Kassamayor (Belçika) dueti 28,690 xalla gümüş, Hanna Bon - Rayan Bartlett (Böyük Britaniya) dueti isə 28,650 xalla bürünc medal qazanıb.

    FOTO: Orxan Əzim

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi